AZ

"Kocaelispor"dan Ramil Şeydayevlə bağlı AÇIQLAMA

"Kocaelispor" Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevlə vidalaşıb.

Prosport.Az xəbər verir ki, Türkiyə klubu sosial şəbəkədə bununla bağlı paylaşım edib.

Bildirilib ki, müqaviləyə qarşılıqlı şəkildə xitam verilib. Komanda Şeydayevə gələcək karyerasında uğurlar arzulanıb.

Bu ilin fevralında "Kocaelispor"a keçən Ramil 16 oyunda 1 qol vurub.

Qeyd edək ki, Şeydayevin "Neftçi"yə keçməsi gözlənilir.

Seçilən
43
5
prosport.az

6Mənbələr