Almaniyada təşkil edilən Futbol üzrə Avropa Çempionatının qalibi bu gün müəyyənləşəcək.
Həlledici oyunda İspaniya və İngiltərə milliləri üz-üzə gələcək.
Berlində yerləşən Olimpiya stadionunda keçiriləcək matçı fransalı hakim Fransua Leteksye idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
AVRO-2024
Final
14 iyul
23:00. İspaniya - İngiltərə
Baş hakim: Fransua Leteksye (Fransa).
Berlin, Olimpiya stadionu.
Qeyd edək ki, İngiltərə millisi yarımfinalda Niderlanda 2:1 hesabı ilə qalib gəlib. İspaniya yığması isə Fransanı məğlubiyyətə uğradıb - 2:1.