ABŞ-nin Cənubi Karolina ştatında bir orta məktəb müəlliminin əxlaqsız hərəkətləri ölkə gündəmi olub.
Milli.Az titul.az-a istinadən xəbər verir ki, müəllim 11 yaşlı şagirdinə gecə-gündüz "eşq məktubu" yazmaqda, onu təqib etməkdə günahlandırılır.
ABŞ mediasına sızan həbs qərarına görə, Dylan Robert Dukes adlı bu şəxs şagirdə 60-dan çox mesaj yazıb, hədiyələr verdiyi və dəfələrlə onu qucaqladığı qeyd olunur.
Qeyd edək ki, Dukes əvvəl "İlin müəllimi" seçilib.
Yaxın günlərdə məhkəmə prosesi olacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun