AZ

Amerika Kuboku: Argentina qitə birinciliyini ən çox qazanan milliyə çevrildi

ABŞ-də təşkil edilən Amerika Kubokunda mübarizə sonra çatıb. Final görüşündə Argentina və Kolumbiya milliləri qarşılaşıblar.

"Albiseleste"nin superulduzu Lionel Messinin zədə səbəbilə əvəzləndiyi duelin taleyinə əlavə vaxtda aydınlıq gəlib. Lautaro Martinesin qolu Argentinaya çempionluq qazandırıb. O, görüşün 112-ci dəqiqəsində fərqlənib.

Əlavə edək ki, Argentina ardıcıl ikinci dəfə Amerika Kubokunun qalibi olub. Ümumilikdə isə bu onların 16-cı qitə birinciliyi olub. Argentinalılar bu nəticə ilə turnirdə 15 dəfə zəfər əldə edən Uruqvayı geridə qoyublar.

Amerika kuboku

Final

15 iyul

Argentina – Kolumbiya – 1:0
Lautaro Martines, 112.

Seçilən
30
cbcsport.az

1Mənbələr