AZ

YAP Təftiş Komissiyasının iclası keçirilib

Oktyabrın 31-də Yeni Azərbaycan Partiyası (YAP) Təftiş Komissiyasının növbəti iclası keçirilib. SİA xəbər verir ki, YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova iclasın gündəliyi və müzakirəyə çıxarılan məsələlər barədə məlumat verib.

İclasda partiyanın Sumqayıt, Naftalan, Mingəçevir şəhər, Göygöl, Oğuz, Qax, Samux, Şəki, Balakən, Kəlbəcər, Qəbələ, Xızı, Zaqatala, Kürdəmir, Ucar, Cəlilabad, Daşkəsən, Şuşa, Astara, Qazax və Qobustan rayon təşkilatları aparatlarında aparılmış nəzarət-təftiş tədbirlərinin yekunları və cari məsələlər müzakirə olunub.

YAP Təftiş Komissiyasının üzvləri gündəlikdə duran məsələlərə münasibət bildiriblər.

Müzakirələrdən sonra gündəliyə çıxarılan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

phrase_var_article.chosen
287
8
sia.az

9phrase_var_article.sources