AZ

Messidən növbəti rekord!

Argentina millisinin hücumçusu Lionel Messi karyerasında 45-ci titulunu qazanıb. Bu, ABŞ-də təşkil olunan Amerika Kubokunun final matçında reallaşıb.

Argentina millisi həlledici görüşdə Kolumbiya ilə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb. Start heyətində meydana çıxan Messi zədə səbəbindən 66-cı dəqiqədə əvəzlənib.

Beləliklə, 45-ci titulunu əldə edən Messi bu göstərici üzrə özünə məxsus olan rekordu yeniləyib. Onun vaxtilə İspaniyanın "Barselona" klubunda birgə oynadığı komanda yoldaşı Dani Alveş isə futbol tarixinin ən çox titul qazanan (43) ikinci futbolçusudur.

Qeyd edək ki, 37 yaşlı Messi Amerika Kubokunda keçirdiyi 5 oyunda 1 qol vurub.

Seçilən
59
1
cbcsport.az

10Mənbələr