AZ

“Araz-Naxçıvan” Serbiya millisinin üzvünü yenidən heyətinə qatdı

Futzal üzrə Azərbaycan çempionu, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Araz-Naxçıvan” transfer çalışmalarını davam etdirir.

Arena.az xəbər verir ki, Naxçıvan təmsilçisi bu dəfə serb futzalçı ilə anlaşıb.

Söhbət Serbiya millisinin də üzvü Lazar Milosavlyeviçdən gedir. 26 yaşlı oyunçu ötən mövsüm Xorvatiya “Çrniça”sında çıxış edib. Futzalçı həm Naxçıvan klubu, həm də bu komandanın baş məşqçisi Vitali Borisov üçün yad sima deyil. Belə ki, o, ötənilki UEFA Çempionlar Liqasının ilkin seçmə mərhələsi zamanı icarə əsasında “qırmızı-ağlar”ın formasını geyinib. “İstanbul Şişli” ilə matçda qol vuran futzalçı “Riqa” ilə dueldə qırmızı vərəqə alaraq meydanı erkən tərk edib.

“Araz-Naxçıvan” daha öncə braziliyalı Kadinyonu da transfer etmiş, Amadeu və Lukas Romao ilə yeni müqavilə bağlamışdı. Ölkə çempionu Miloş Todoriç, Dioqo Auqusto və Andre Juniorla yollarını ayırıb. Məhəmməd Abbasov və qapıçı Azər Fərmanov isə hərbi xidmətə yollanıb.

Seçilən
74
19
arena.az

10Mənbələr