İyulun 10-da azərbaycanlı alpinist İsrafil Aşurlı dünyanın doqquzuncu zirvəsi olan Nanqa Parbatı (8125 m.) fəth edib.
Aşurlı hündürlüyə əlavə oksigendən istifadə etmədən qalxıb.
Dünyada hündürlüyü 8 min metrdən yuxarı olan 14 zirvə var və bu fəth Aşurlının yeddinci səkkizminlik zirvəsidir.
Qeyd edək ki, Nanqa Parbat Pakistan ərazisində yerləşən Qərbi Himalayın ən hündür zirvəsi hesab edilir.