AZ

"Qarabağ"ın qapıçısı zədə səbəbindən 8 ay futboldanUZAQ QALDI

"Qarabağ"ın qapıçısı Amin Ramazanov zədələnib.

Xezerxeber.az Kluba istinadən məlumat verir ki, o, məşq prosesində xəsarət alıb.

Müayinə zamanı onun sağ dizinin ön çarpaz bağlarının tam qopması aşkarlanıb. Amin yaxın müddətdə əməliyyat olunacaq. Onun 8 aydan sonra yaşıl meydanlara dönəcəyi gözlənilir.

Qeyd edək ki, Avstriyada təlim-məşq toplanışında olan "köhlən atlar"ın hazırlıq prosesi iyulun 17-dək davam edəcək.

Seçilən
100
48
xezerxeber.az

10Mənbələr