AZ

Zaur Darabzadə polislə olan insidentindən DANIŞDI

"Kiçik bir anlaşılmazlıq oldu və bu məsələdə bəzi şəxslər təəssüf ki, həqiqətə uyğun olmayan məlumatlar yaydırmaqla bərabər məni də təxribata çəkmək istədilər".

Bizim.Media sfera.az-a istinadən xəbər verir ki, bu fikirləri “CinemaPlus” kinoteatrlar şəbəkəsinin rəhbəri Zaur Darabzadə deyib.

O bildirib ki, baş vermiş hadisə ilə bağlı Sumqayıt şəhər məhkəməsi və Sumqayıt Apellyasiya məhkəməsi onun xeyrinə qərar çıxarıb:

"Əziz və hörmətli izləyicilər,

Yəqin ki, mətbuatda mənimlə polis arasında insident olduğu məzmunlu xəbərlərlə rastlaşmısınız. Bu barədə çox soruşanlar olsa da heç kimə hər hansı bir açıqlama verməmişdim.

Öncəliklə qeyd edim ki, mən heç bir qanun pozuntusuna yol verməmiş, həmin gün üçün xüsusi icazə tələb edilən əraziyə keçməyi nəzərdə tutan müvafiq buraxılış vərəqəm (icazəm) var idi.

Baş vermiş hadisə ilə bağlı Sumqayıt şəhər məhkəməsi və Sumqayıt Apellyasiya məhkəməsi xeyrimə qərar çıxardı və qanun pozuntusuna yol vermədiyim sübut edildiyi üçün inzibati xəta üzrə icraata XİTAM verildi.

"Bu minvalla ədalətli qərar üçün Sumqayıt şəhər və Sumqayıt Apellyasiya Məhkəməsinin hakimlərinə, xüsusilə vəkilim İsrafil Əliliyə dərin təşəkkürümü bildirirəm.

Zaur Darabzadə ki, qeyd edib ki, kiçik bir anlaşılmazlıq olub:

"Bu məsələdə bəzi şəxslər təəssüf ki, həqiqətə uyğun olmayan məlumatlar yaydırmaqla bərabər məni də təxribata çəkmək istədilər. Lakin istədiklərinə nail olmadılar. Çünki mən dövlətimizi çox sevir və məsuliyyətli bir vətəndaş olaraq qanunlarımıza hörmətlə yanaşıram.

Hər bir Azərbaycan vətəndaşı kimi, mən də hüquq-mühafizə orqanlarımızla və bununla yanaşı polis əməkdaşlarımız ilə qürur duyuram. Məhz onların əvəzsiz və fədakar fəaliyyətinə görə sabit və təhlükəsiz ölkədə yaşayırıq.
Allah Azərbaycanımızı qorusun!"

Bizim.Media

Seçilən
162
50
bizim.media

10Mənbələr