AZ

Toya gələnlər xəstəxanalıq oldu - Yenilənib

Şamaxıda kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Məlikçobanlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, toyda iştirak edən 21 nəfər kəskin zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

10 yaxın sakin təcili tibbi yardım avtomobili ilə, digərləri isə xəstəxanaya özləri gəlib.

Hazırda vəziyyətlərinin normal oldugu bildirilir. İlkin ehtimala görə, zəhərlənməyə toyda verilən tort səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

***

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”nun sorğusuna belə cavab verilib: 

“Ötən gün Şamaxı rayonunun Məlikçobanlı kəndindən zəhərlənmə şübhəsilə 21 nəfər (11 nəfəri qadın, 10 nəfəri kişi cinsli olmaqla) Şamaxı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlardan 5-i azyaşlı olub.

Hospitalizasiya olunan şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb”.

Seçilən
71
1
qafqazinfo.az

10Mənbələr