Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa Çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.
B Liqasının 1-ci qrupunda yer alan yığma İsveçrə ilə üz-üzə gəlib.
Lozanna şəhərindəki “Olimpik De La Pontez” stadionunda təşkil edilən görüş millimizin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, B Liqasının 1-ci qrupunda İsveçrə, Macarıstan və Türkiyə ilə mübarizə aparan Azərbaycan yığması 4 xalla sonuncudur.