AZ

Rəşad Sadıqov: "Rəqib bura başqa motivasiya ilə gəlib"

Bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Avropa Liqasının I təsnifat mərhələsində Moldovanın "Şerif" kollektivi ilə Bakıda keçiriləcək oyun öncəsi "Dalğa Arena"da gerçəkləşən mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis qarşılaşmanın gərgin keçəcəyini bildirib:

"Rəqib ümumi hesabı dəyişmək istəyəcək. Futbolçularımın hazırlıq durumu məni qane edir. Bizi gərgin oyun gözləyir. Cavab matçları daha gərgin keçir. İstərdik ki, gözlədiyimizdən rahat oyun olsun. İnçallah, sabah mərhələni keçən tərəf biz olarıq".

Qeyd edək ki, "Zirə" və "Şerif" arasında cavab matçı iyulun 18-də, saat 20:00-da "Dalğa Arena"da təşkil ediləcək. Moldovada gerçəkləşən ilk görüşdə R.Sadıqovun rəhbərlik etdiyi komanda 1:0 hesablı qələbə qazanıb.

Seçilən
29
7
cbcsport.az

10Mənbələr