AZ

Ərik dənələrinin hansı faydaları var?

Vitaminlə zəngin meyvələrdən biri olan əriyin bir faydası daha üzə çıxıb.

Hit.az bildirir ki, onun dənəsinin də yararlanmaq mümkündür.

Xüsusilə bağırsaqlara göstərdiyi müsbət təsirə görə əriyi "təbiətin möcüzəsi" adlandırırlar. İnsanların əksəriyyətinin atdığı ərik dənəsi isə bir çox dərdin dərmanıdır.

Ümumiyyətlə, ərik dənələri E vitamini, maqnezium, fosfor və kalium kimi mühüm minerallarla zəngindir. Onun tərkibində xeyli protein və lif də var. Həmçinin, ərik dənələri güclü antioksidan xüsusiyyətlərə malik B17 vitamininə də sahibdir. Antioksidantlar isə bədəndəki sərbəst radikalların yaratdığı hüceyrə zərərini azaltmağa kömək edə bilər.

Üstəlik, sözügedən dənələrdə immun sistemini gücləndirən müxtəlif vitamin və minerallar var. Onlar həm də həzm sisteminin daha yaxşı işləməsinə və qəbizlik kimi problemləri azalmasına kömək edə bilər. Tərkibindəki E vitaminindəki antioksidanlar isə dərinin sağlamlığını dəstəkləyir, dərinin daha sağlam və gənc görünməsinə kömək edir. 

Eyni zamanda, ərik dənələri ürək sağlamlığını dəstəkləyir, qan təzyiqini tənzimləyir və infarkt riskini azaldır. Bundan başqa, qurudulmuş ərik dənələrini qoz-fındıq və quru meyvələrlə qarışdırıb istehlak etmək olar.

Pərviz

Seçilən
212
29
hit.az

10Mənbələr