AZ

Komanda"Sabah" klubu Çempionlar Liqası oyununu Antalyada keçirəcək

Kişi basketbolçulardan ibarət "Sabah" klubu Çempionlar Liqasının təsnifat mərhələsinin oyunlarını Türkiyədə keçirəcək.

"Far.Az" xəbər verir ki, FIBA yarışın Antalya şəhərində təşkilinə üstünlük verib.

Azərbaycan çempionu I qrupda mübarizəyə 1/4 finaldan başlayacaq. “Norrçepinq Dolfins”ə (İsveç) qarşı görüş sentyabrın 17-də, Bakı vaxtı ilə saat 17:30-da başlayacaq. Bu cütün qalibi ayın 19-da yarımfinalda “Friburq Olimpik” (İsveçrə) ilə qarşılaşacaq. Görüş saat 17:30-da start götürəcək. Yarımfinalın digər cütünü “Benfika” (Portuqaliya) klubu ilə “Rilski” (Bolqarıstan) – “Nokia” (Finlandiya) oyununun qalibi formalaşdıracaq.

Final matçı sentyabrın 21-nə nəzərdə tutulub. Həlledici oyunun qalibi əsas mərhələyə vəsiqə qazanacaq.

Qeyd edək ki, Azərbaycan tarixdə ilk dəfə Çempionlar Liqasında təmsil olunacaq.

Seçilən
34
9
far.az

10Mənbələr