AZ

Cüdoçuların Paris-2024 proqramı müəyyənləşib

Azərbaycan Cüdo Federasiyası Paris Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılarımızın çıxış proqramını açıqlayıb. Sport24.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Parisdə əvvəlcə Balabəy Ağayev (60 kq) və Leyla Əliyeva (48 kq) tatami üzərinə çıxacaq.
 
Azərbaycanı ümumilikdə 9 cüdoçu təmsil edəcək.
 
27 iyulBalabəy Ağayev (60 kq)Leyla Əliyeva (48 kq)
28 iyulYaşar Nəcəfov (66 kq)Gültac Məmmədəliyeva (52 kq)
29 iyulHidayət Heydərov (73 kq)
30 iyulZelim Tçkayev (81 kq)
31 iyulElcan Hacıyev (90 kq)
1 avqustZelim Kotsoyev (100 kq)
2 avqustUşanqi Kokauri (+100 kq)
Qeyd edək ki, ilkin görüşlər Bakı vaxtı ilə saat 12:00-da, final qarşılaşmaları isə 16:00-da start götürəcək. Olimpiadada 122 ölkədən 378 cüdoçu iştirak edəcək.

Seçilən
69
10
sport24.az

10Mənbələr