AZ

"Zirə" penaltilər seriyasında məğlub oldu - YENİLƏNDİ

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Zirə" - "Şerif" (Moldova) matçı start götürüb.Mediaxeberleri.Az xəbər verir ki, qarşılaşma "Dalğa Arena"da keçirilir.Görüşü qazaxıstanlı Bulat Sariyev idarə edir.Komandalar arasında Moldovada keçirilən ilk oyunda "Zirə" 1:0 hesabı ilə qalib gəlib.***5-ci dəqiqədə "Zirə" hesabı açıb: 1 - 0***"Zirə" - "Şerif" (Moldova) matçında ikinci qol vurulub."Dalğa Arena"dakı matçda qonaqlar hesabı bərabərləşdirib - 1:1.***76-cı dəqiqədə "Şerif" hesabda önə çıxıb: 1 - 2.***UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Zirə" - "Şerif" (Moldova) matçında 90 dəqiqə başa çatıb."Dalğa Arena"dakı matçın əsas vaxtı qonaqların 2:1 hesablı üstünlüyü ilə bitib.Komandalar arasında Moldovada keçirilən ilk oyunda "Zirə" 1:0 hesabı ilə qələbə qazandığından ümumi hesab bərabərləşib - 2:2.Görüşdə hər biri 15 dəqiqədən ibarət əlavə iki hissə oynanılır.Qeyd edək ki, Bakı klubu qarşılaşmanı 10 nəfərlə davam etdirir. 40-cı dəqiqədə Salifu Suma qırmızı vərəqə ilə cəzalandırılıb.***"Zirə" - "Şerif" (Moldova) matçında əlavə vaxt başa çatıb."Dalğa Arena"dakı matçın əsas və əlavə vaxtı qonaqların 2:1 hesablı üstünlüyü ilə bitib.Komandalar arasında Moldovada keçirilən ilk oyunda "Zirə" 1:0 hesabı ilə qələbə qazandığından ümumi hesab bərabərləşib - 2:2.Görüşün qalibi penaltilər seriyasından sonra bəlli olacaq.***UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Zirə" və "Şerif" (Moldova) komandaları arasındakı cavab matçı başa çatıb."Dalğa Arena"dakı oyunun əsas və əlavə vaxtı qonaqların 2:1 hesablı üstünlüyü ilə bitib.Matçda hesabı "qartallar"ın heyətində 6-cı dəqiqədə Rafael Utziq açıb. 54-cü dəqiqədə Əyyub Allaş "status-kvo"nu bərpa edib. 77-ci dəqiqədə adını tabloya yazdıran Papa Yade "Şerif"in qələbə qoluna imza atıb.Komandalar arasında Moldovada keçirilən ilk oyunda "Zirə" 1:0 hesabı ilə qələbə qazandığından ümumi hesab bərabərləşib - 2:2.Əlavə vaxtda qalib müəyyənləşmədiyindən qarşılaşmanın taleyi penaltilər seriyasında həll olunub. Burada daha dəqiq oynayan moldovalılar (5:4) II təsnifat mərhələsinə yüksəliblər."Zirə" mübarizəni UEFA Konfrans Liqasının II təsnifat mərhələsində davam etdirəcək.

Seçilən
75
17
mediaxeberleri.az

10Mənbələr