AZ

Azərbaycan cüdoçularının proqramı açıqlanıb

Azərbaycan Cüdo Federasiyası Paris Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılarımızın çıxış proqramını açıqlayıb.

"Cebhe.info" qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Parisdə əvvəlcə Balabəy Ağayev (60 kq) və Leyla Əliyeva (48 kq) tatami üzərinə çıxacaq.

Azərbaycanı ümumilikdə 9 cüdoçu təmsil edəcək.

Qeyd edək ki, ilkin görüşlər Bakı vaxtı ilə saat 12:00-da, final qarşılaşmaları isə 16:00-da start götürəcək. Olimpiadada 122 ölkədən 378 cüdoçu iştirak edəcək.

"Cebhe.info"

Seçilən
80
7
cebheinfo.az

10Mənbələr