AZ

"Turan Tovuz" növbəti transferini reallaşdırıb

"Turan Tovuz" heyətini daha bir futbolçu əlavə edib.
Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qərb təmsilçisi son mövsümü icarə əsasında "Kəpəz"də keçirən Rüfət Əhmədovla anlaşıb.
Müdafiənin hər iki cinahında oynayan Azərbaycanın U-21 millisinin üzvü ilə "2+1" illik müqavilə bağlanıb.
Qeyd edək ki, R.Əhmədov "Qəbələ"nin yetirməsidir. O, U 21-millisinin heyətində 8 oyunda meydana çıxıb.

Seçilən
24
13
sport24.az

10Mənbələr