AZ

Millimiz Avropa çempionatında ilk matçına çıxacaq

18 yaşadək qızlardan ibarət basketbol millimiz Kosovonun paytaxtı Priştinada təşkil olunan Avropa çempionatının C divizionunda bu gün ilk matçına çıxacaq.

"Football-plus.az" xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi komanda yer aldığı B qrupunda Albaniya ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19.00-da başlayacaq.

Qeyd edək ki, yığmamız qrupda Albaniya ilə yanaşı, Gürcüstan və Ermənistanla mübarizə aparacaq. Milli növbəti oyunlarını iyulun 24-də Gürcüstana, 25-də isə Ermənistana qarşı keçirəcək.

Seçilən
35
11
football-plus.az

10Mənbələr