AZ

Basketbol millimiz Avropa çempionatına qələbə ilə start verdi

Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Kosovonun paytaxtı Priştinada təşkil olunan Avropa çempionatının C divizionunda bu gün ilk matçına çıxıb.


Qaynarinfo xəbər verir ki, Evren Alkayanın rəhbərlik etdiyi komanda yer aldığı B qrupunda Albaniya ilə qarşılaşıb.


Matç yığmamızın 72:53 hesablı qələbəsi ilə yekunlaşıb.


Qeyd edək ki, Azərbaycan yığması qrupda Albaniya ilə yanaşı, Gürcüstan və Ermənistanla mübarizə aparacaq. Milli növbəti oyunlarını iyulun 24-də Gürcüstana, 25-də isə Ermənistana qarşı keçirəcək.



Seçilən
64
11
qaynarinfo.az

10Mənbələr