AZ

Musa Qurbanlı əməliyyat olunacaq

“Qarabağ” klubunun futbolçusu Musa Qurbanlı əməliyyat olunacaq.

Yenicag.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Ağdam təmsilçisinin mətbuat katibi Anar Hacıyev deyib.

Klub rəsmisi futbolçunun zədəsi haqqında danışıb:

“Musa Qurbanlı Cəbəllütariqə getməmişdən öncə Avstriyada keçirilən son yoxlama oyununda menisk nahiyəsindən zədələnmişdi. O, yəqin ki, qarşıdakı bir-iki gün ərzində əməliyyat oluncaq. Komandaya isə 4-6 həftəyə dönəcək”.

Qeyd edək ki, Musa Qurbanlı “Qarabağ”a bu yay İsveçin “Yurqorden” klubundan transfer olunub. 22 yaşlı hücumçu ilə 3 illik müqavilə bağlanıb.

Seçilən
52
13
yenicag.az

10Mənbələr