“Fast food” qidaların zərərli olmasının başlıca səbəbi hazırlanmasında istifadə olunan qidaların dondurulub daha sonra düzqün olmayan yağlarda bişirilməsidir.
“Fast food” qidalara, hamının bəh – bəhlə yediyi, hamburger, çips, dönər, sendviç, pizza, naggets, müxtəlif qazlı və şəkərli içkilər, kartof fri aiddir. Bəzilərimiz naggetsin sağlam qida olduğunu düşünürük. Lakin, bu belə deyil. Nagetslərin hazırlanmasında toyuğun döş hissəsiylə bərabər dərisindən istifadə olunur. Ona görə də bu qida növü ucuz başa gəlir.
Bu qidaların hazırlanmasında istifadə olunan yağlar gün ərzində 10-12 saat istifadə olunduğunda görə bu yağların tərkibində çox dəyişikliklər gedir, yağın tərkibindəki E vitamini dağılır və bunun nəticəsində orqanizmdə xərçəng xəstəliyinin yaranması riski artır.
Hazır qidaları qəbul etdikdə alınan lazımsız kalorilər orqanizmi yağlandırır, xolestrolun səviyyəsin qaldırır, qan damar sistemin zəiflədir, qanda şəkərin miqdarın tez bir zamanda qaldırır.
Əgər siz, bir hamburger, bir kartof fri, bir şəkərli içki qəbul etsəniz bədəniniz lazımsız və ziyanlı 1050 kalori alır.
“Fast food”dan aldığımız 1050 kalorinin bədəndən yalnız idman vasitəsi ilə çıxarmaq mümkündür.
Bu qidaları qəbul edərkən bədən lazım olan vitamini almadığına görə bədəndə A,C eləcədə kalsium çatışmamazlığı yaranır və bu da ürəkdə, orqanizmin skelet sistemində, göz xəstəliklərinin yaranmasına səbəb olur.
Ümid edirik ki, bütün bunları öyrəndikdən sonra bir daha fast food qidalardan istifadə etməyəcəksiniz.