AZ

UEFA Konfrans Liqası: "Zirə" böyükhesablı qələbə qazandı

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Zirə" Slovakiyanın "DAK 1904" klubu ilə qarşılaşıb. "Dalğa Arena"da keçirilən matç meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hesabı 29-cu dəqiqədə Rafael Utziq açıb. 31-cu dəqiqədə Junior Martins fərqi iki topa çatdırıb. Qarşılaşmanın yekun nəticəsini isə 51 və 53 dəqiqələrdə fərqlənməklə dubl edən David Volkov müəyyənləşdirib.

Qeyd edək ki, " DAK 1904" və "Zirə" komandaları arasında cavab görüşü 1 həftə sonra Slovakiyada baş tutacaq.

Seçilən
51
12
cbcsport.az

10Mənbələr