AZ

"Sabah" ABŞ-li basketbolçunu transfer edib

Transfer çalışmalarını davam etdirən "Sabah" Basketbol Klubu sıralarını daha bir legioner ilə gücləndirib.

ABŞ-li basketbolçu DeAndre Uilyams FIBA Çempionlar Liqasında mübarizə aparacaq paytaxt təmsilçisinin heyətinə cəlb olunub. 206 sm boya malik basketbolçu ilə 2 illik müqavilə imzalanıb.

27 yaşlı oyunçu T1 Liqasında mübarizə aparan "Taiwan Beer Leopards" klubunda çıxış edib.

DeAndre Uilyams 2020-2023-cü illər aralığında öz ölkəsində NCAA 1-ci divizionunda iştirak edən "Memphis Tigers" klubunda oynayıb.

Seçilən
41
14
cbcsport.az

10Mənbələr