AZ

Rusiya Finlandiya sərhədini yenidən POZDU

Finlandiya sərhəd pozuntularını açıqlayıb.

interpress.az xəbər verir ki, bu barədə cümə günü Helsinkidə hökumət məlumat yayıb.

Finlandiya Rusiya gəmisinin onun ərazi sularına daxil olmasından şübhələnir.

Məlumata görə, hadisə cümə günü Finlandiya körfəzinin şərq hissəsində baş verib.

“Sərhəd Mühafizəsi insidentlə bağlı araşdırma aparır və istintaq davam etdikcə əlavə məlumat verəcək”, – Finlandiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

İdarə onun hansı gəmi olduğunu və ya hərbi gəmi olub-olmadığını dəqiqləşdirməyib.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
50
interpress.az

10Mənbələr