AZ

“Fitch” Azərbaycanın reytinqini yüksəltdi

“Fitch Ratings” Azərbaycanın uzunmüddətli xarici valyuta emitentinin defolt reytinqini yüksəldib.

“Ölkə.Az” xəbər verir ki, reytinq “BB+” səviyyəsindən “BBB-” səviyyəsinə yüksəldilib və sabit perspektivlə qiymətləndirilib.

Yüksəliş ölkənin güclü xarici balans hesabatı, davam edən cari hesab və fiskal profisitləri, azalan xarici valyuta həssaslığı, aşağı dövlət borcu və inkişaf edən monetar siyasəti ilə əlaqədardır.

İllik inflyasiya 2024-cü ilin birinci yarısında Mərkəzi Bankın 4 faizlik hədəf diapazonundan aşağı qalıb və bu il 3,5% səviyyəsində olacağı, 2026-cı ilə qədər isə 4,7%-ə yüksələcəyi gözlənilir.

Ölkə iqtisadiyyatının 3,2%-ə qədər bərpa olunacağı, lakin gələn il 2,7%-ə, 2026-cı ildə isə 2,3%-ə qədər azalacağı proqnozlaşdırılır.

Könül
Ölkə.Az

Seçilən
90
22
olke.az

10Mənbələr