AZ

Beynəlxalq səyyahlar Füzulidə minaların zərərsizləşdirilməsi prossesini izləyib - FOTO - YENİLƏNİB

Dünyanın ən nəhəng dörd səyyah klublarından biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Çarlz Vilinin (Charles Veley) rəhbərlik etdiyi 13 ölkədən olan səyahlar Füzuli rayonunda minaların zərərsizləşdirilməsi prossesini izləyib.
APA-nın yerli müxbiri xəbər verir ki, Füzuli rayonuna gələn səyyahlar işğaldan azad edilən Kənd Horadiz ərazisində ANAMA tərəfindən aparılan mina təmziləmə işləri ilə tanış olublar. Bundan sonra dünya səyyahları ərazidən aşkar edilmiş minaların partlayış yolu ilə zərərsizləşdirilməsi əməliyyatına şahid olublar.

Mütəxəssislər məlumat üçün bildirib ki, ərazidə təmizləmə işləri mexaniki, əl ilə və təlim keçmiş itlər vasitəsi ilə olmaqla üç üsulla aparılır.

Beləliklə beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb.

***

11:49

Beynəlxalq səyyahlar Cəbrayıl rayonunundan sonra Füzuli rayonuna səfər ediblər.

APA-nın yerli müxbiri xəbər verir ki, Füzulinin işğaldan azad edilmiş Kənd Horadiz kəndinə gələn qonaqlar ərazidə aparılan mina təmizləmə əməliyyatları ilə tanış olub, onlara işğal dövründə Ermənistan ordusunun ərazini mina və partlamamış döyüş sursatları ilə çirkləndirməsi barədə ətraflı məlumat verilib. Beynəlxalq səyyahların müşahidəsi ilə ərazidə aşkar edilmiş minaların partlayış yolu ilə zərərsizləşdirilməsi əməliyyatı da nəzərdə tutulur.

Beynəlxalq Beynəlxalq Beynəlxalq Beynəlxalq Beynəlxalq Beynəlxalq Beynəlxalq Beynəlxalq Beynəlxalq Beynəlxalq
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
3
apa.az

4Mənbələr