AZ

Ermənilər Cavanşir Quliyevin mahnısını oğurladılar – ÖZÜ DANIŞDI

Ermənilər daha bir mahnımızı oğurlayıblar. Söhbət Azərbaycanın Əməkdar İncəsənət Xadimi, bəstəkar Cavanşir Quliyevin bəstələdiyi, Xalq artisti Brilyant Dadaşovanın ifa etdiyi  “Yarım gilə” mahnısından gedir.

Belə ki, sosial şəbəkələrdə mahnının erməni dilində ifasının videogörüntüləri yayılıb.

Məsələ ilə bağlı daha dəqiq məlumat almaq üçün Cavanşir Quliyevlə əlaqə saxlamağa çalışdıq.

Cavanşir Quliyev Lent.az-a açıqlamasında bildirib ki, o, məsələ ilə bağlı hüquqi yollara baş vurub:

“Əqli Mülkiyyət Agentliyinə müraciət etmişəm. “YouTube”da mənim hüquqlarımı müdafiə edən şirkətin başçısına da bildirəcəm. Məsələ burasındadır ki, mən həmin videogörüntünü “Facebook”da görmüşəm. “YouTube”dadırsa, onu tapıb, onun vasitəsilə hüquqi işləri görmək olar. Amma “Facebook”da kiminsə səhifəsindədirsə, onu tapmaq çətin olacaq. Yalnız şikayət edib, videonun səsini bağlamaq olar. Hər bir halda, məsələnin həlli üçün nə lazımdırsa, edəcəm”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
medianews.az

1Mənbələr