AZ

“Azər Türk Bank” ASC-nin səhmdarlarının Ümumi Yığıncağının tarixi dəyişdi

26 iyul 2024-cü il tarixində keçirilməsi nəzərdə tutulan səhmdarların növbəti Ümumi Yığıncağının tarixi dəyişmişdir.

Belə ki, səhmdarların növbəti Ümumi Yığıncağı 29 iyul 2024-cü il tarixində saat 16:00-da “Azər Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin inzibati binasında (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 85; 192/193) keçiriləcəkdir.

Ümumi yığıncağın gündəliyi bildirişlə birgə səhmdarlara göndərilib.

Xəbər verdiyimiz kimi, 16 iyul 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının növbəti iclası keçirilib.

İclasda “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 51%-nin əldə edilməsi və bununla bağlı növbəti addımlara dair təqdimat edilib, həmçinin gündəlikdə duran digər məsələlər nəzərdən keçirilib.

Xatırladaq ki, "Azər-Türk Bank" ASC 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,40%-i Türkiyənin "Zıraat Bank"ına, 1,1%-i "Zıraat Bank İnternational"a, 6,50%-i "AzRe Reinsurance"a, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
5
marja.az

4Mənbələr