Parisdə keçirilən Yay Olimpiya Oyunlarında LGBT təbliğatı böyük əks-səda doğurub.
NOCOMMENT.az BBC-yə istinadən xəbər verir ki, Olimpiya Komitəsinin paradda homoseksual şəxsləri yerləşdirməsi və “Drag Quee” kimi xarakterizə edilən şəxslərin Olimpiya məşəlini daşıması sosial mediada geniş tənqidlərə səbəb olub.
Bundan başqa, Avropa mətbuatında məşhur rəssam Leonardo da Vinçinin “İsanın son şam yeməyi” tablosunun LGBT şəxslər vasitəsilə təqdim edilməsi hörmətsizlik kimi qiymətləndirilib.
Bütün dünyanın canlı izlədiyi tədbirdə qadın-qadın və kişi-kişi münasibətlərinin normallaşması diskomfort yaradıb. 4 ildən bir keçirilən Olimpiadanın tarixinə indiyədək belə hal yaşanmamışdı.