AZ

Ağcabədidə son bir ay ərzində narkotiklərlə əlaqəli 20 nəfər saxlanıldı

Ağcabədidə son bir ay ərzində narkotiklərlə əlaqəli 20 nəfər saxlanıldı

Ağcabədidə polisin keçirdiyi əməliyyatlar zamanı son bir ay ərzində narkotiklərlə əlaqəli 20 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində çətənə bitkisinin kultivasiyasını təşkil edən rayon sakini Qadir Sultanov saxlanılıb.

Onun həyətyanı sahəsinə baxış zamanı aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi çətənə bitkiləri aşkarlanıb.

Bundan əlavə, son bir ay ərzində polisin keçirdiyi əməliyyatlar nəticəsində narkotiklərlə əlaqəli daha 19 nəfər saxlanılıb. Bu tədbirlər zamanı 10 kiloqram müxtəlif növ narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılması təmin olunub.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
1
sonxeber.az

2Mənbələr