AZ

Bu axmaq şounun bir hissəsi olmaq istəmirəm: Rusiyadan sığınacaq istədi

İtaliyalı jurnalist və maliyyə analitiki Ancelo Culiano Parisdə 33-cü Yay Olimpiya Oyunlarının açılış mərasimindən sonra Rusiyadan sığınacaq istəyib.

Publika.az xəbər verir ki, o, müvafiq postu “X” sosial şəbəkəsində paylaşıb.

Culiano Olimpiadanın açılış mərasiminə mənfi reaksiya verib.

“Rusiyadan mənə sığınacaq verməsini xahiş edirəm, bu axmaq şouda iştirak etmək istəmirəm”, - jurnalist yazıb.

Lakin o, belə reaksiyanın onda konkret nədən yarandığını açıqlamayıb. 2024-cü il Olimpiya Oyunlarının açılış mərasimi müxtəlif ölkələrdə tənqid edilib. Belə ki, mərasimi Qərbdə sivilizasiyanın və xristian mədəniyyətinin süqutu adlandırıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
1
publika.az

2Mənbələr