AZ

Bakıda yeniyetmə qəza törətdi, qadınlar ölümdən son anda xilas oldular - ANBAAN GÖRÜNTÜLƏR

Bakıda yeniyetmənin törətdiyi qəza ilə bağlı araşdırmalar davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məsələ ilə bağlı seher.media-a bildirilib ki, hadisə paytaxtın Nizami rayonu, K.Balakişiyev və Ə.Əzimzadə küçələrinin kəsişməsində qeydə alınıb.

Hadisə zamanı ilkin məlumata görə, xəsarət alan olmayıb. Qəzanı törədən 99-XO-329 dövlət nömrə nişanlı KIA markalı avtomobilin sürücüsü və maşında olan sərnişinlər qəzadan sonra həmin ünvandan yayınıblar. Hadisəni törədən sürücünün şəxsiyyətinin müəyyən edilməsi və barəsində qanunamüvafiq tədbirlərin görülməsi istiqamətində araşdırmalar davam etdirilir.

Bakıda yeniyetmə idarə etdiyi avtomobil ilə yol-nəqliyyat hadisəsi törədib.

seher.media xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, hadisə Nizami rayonu, Kamil Balakişiyev küçəsində qeydə alınıb.

Yeniyetmə idarə etdiyi KIA markalı avtomobil ilə qəza törədib. Səki ilə hərəkət edən xanımlar son anda ölümdən xilas olublar. Yeniyetmələr qəzadan sonra hadisə yerindən qaçıblar.

Həmin görüntüləri təqdim edirik:

Nəzrin Vahid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
7
seher.media

8Mənbələr