AZ

Mənzillərin kirayə qiyməti niyə enmir?VİDEO

Ali təhsil müssisələrində dərslər bitdi, tələbələrin çoxu Bakını tərk etdi. Amma yenə də mənzillərin kirayə qiyməti enmədi.

Xezerxeber.az-ın məlumatına görə, mövzu ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, son dövrlərdə tələbələrin bölgələrə geri dönməsi qiymətlərə təsir etmir.

Bunun da əsas səbəblərindən biri köhnə binaların sökülməsi, onların yerində inşa edilən yeni tikililərdə kirayə mənzillərin baha olmasıdır.

Ekspert bildirir ki, əvvəlki illərdə tələbələr artıq iyul ayında bölgələrə geri dönürdülər. Ona görə də kirayə mənzil bazarında ciddi boşluq yaranırdı. Lakin son illərdə tələbələr bölgələrə geri dönsələr də, ali təhsil müəssisələrinə yeni qəbul olanların nəticələri daha tez açıqlandığı üçün onlar əvvəlcədən ev kirayə götürürlər. Elnur Fərzəliyev deyir ki, tələbələr üçün yeni yataqxanalar inşa olunmazsa, kirayə mənzil bazarında vəziyyət daha da qəlizləşəcək.

Onun sözlərinə görə, tələbələrin əksəriyyəti avqustun sonunda Bakıya geri qayıdırlar. Avqustun sonu, sentyabrın əvvələrində həm də iş üçün gələnlərin sayının artması kirayə mənzil qiymətlərini daha da artıracaq. Yaxın gələcəkdə söküntü prosesi sürətləndikcə paytaxt ərazisində ucuz kirayə mənzillər əlçatan olmayacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
14
xezerxeber.az

10Mənbələr