İtaliyalı jurnalist və maliyyə analitiki Ancelo Culiano Parisdə 33-cü Yay Olimpiya Oyunlarının açılış mərasimindən sonra Rusiyadan sığınacaq istəyib.
QAZÌLER.AZ Publika.az-a istinaden xəbər verir ki, o, müvafiq postu “X” sosial şəbəkəsində paylaşıb.
Culiano Olimpiadanın açılış mərasiminə mənfi reaksiya verib.
“Rusiyadan mənə sığınacaq verməsini xahiş edirəm, bu axmaq şouda iştirak etmək istəmirəm”, - jurnalist yazıb.
Lakin o, belə reaksiyanın onda konkret nədən yarandığını açıqlamayıb. 2024-cü il Olimpiya Oyunlarının açılış mərasimi müxtəlif ölkələrdə tənqid edilib. Belə ki, mərasimi Qərbdə sivilizasiyanın və xristian mədəniyyətinin süqutu adlandırıblar