AZ

Məşhur aktrisa dünyanın ən gözəl qadını seçildi

Amerikada yerli tabloid dünyanın ən gözəl qadınlarının siyahısını dərc edib.

Publika.az xəbər verir ki, ekspertlər şou-biznes ulduzlarının üzlərini “qızıl nisbət” prinsipinə uyğunluq baxımından qiymətləndiriblər.

Bu reytinqdə birinci yeri 28 yaşlı amerikalı aktrisa və model Anya Teylor-Coy, ikinci yeri isə 27 yaşlı amerikalı aktrisa və müğənni Zendaya tutub. Daha əvvəl qeyri-rəsmi dünyanın ən gözəl qadını titulunu daşıyan top model Bella Hadid isə üçüncü olub.

Anya Taylor-Joy Mayamidə anadan olub, atası argentinalı maliyyəçi, anası isə psixoloqdur. Ailənin Anyadan başqa beş böyük qardaş və bacısı var. Altı yaşına qədər Anya valideynləri ilə Argentinada yaşadı, sonra ailəsi Londona köçüb.

15 yaşına qədər gələcək ekran ulduzu balet oxuyub, 17 yaşında isə modellik biznesində karyerasına başlayıb.

Seçilən
65
50
publika.az

10Mənbələr