AZ

Azərbaycan millisi Avropa çempionatının finalında

style='margin-bottom:10px;'>

Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda növbəti oyununu keçirib.

QOL.az xəbər verir ki, Kosovonun paytaxtı Priştina şəhərində keçirilən qitə birinciliyində yarımfinalda Kipr yığması ilə qarşılaşan komanda 66-49 hesablı qələbə qazanıb.

Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Angelina İsmayılova (26 xal, 4 ribaund) seçilib. Bu qələbə ilə Azərbaycan millisi Avropa çempionatının finalına vəsiqə qazanıblar.

Millimizin 28 iyulda keçriiləcək final oyunundakı rəqibi, Kosovo-Albaniya görüşünün qalibi olacaq

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
3
teleqraf.com

4Mənbələr