AZ

“Qarabağ”la “Sabah”a gəlmədi, milyonluq təklifi rədd etdi

“Şaxtyor”dan ayrılaraq azad agent statusuna yiyələnən sabiq “Sabah”lı Aleksey Kaşuk İsraildən olan təklifi geri çevirib.

24 yaşlı vinger “Sabah”ın Konfrans Liqasındakı rəqibi “Makkabi Hayfa”da oynamaq istəməyib.

İsrail təmsilçisi Kaşuka illik900 min avro təklif etsə də, o, bununla razılaşmayıb, ümumiyyətlə, İsraildə oynamaq istəmədiyini bildirib.

Solaxay futbolçu hazırda digər mümkün variantları nəzərdən keçirir.

Aleksey Kaşuk 2022-ci ilin yanvarından 2023-cü ilin mayına qədər çıxış etdiyi “Sabah”da 41 oyunda meydana çıxmaqla 18 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2297
sportinfo.az

1Mənbələr