AZ

Rahil Məmmədovun komandası uduzdu

Azərbaycanlı futbolçu Rahil Məmmədov Polşa çempionatında məğlubiyyət acısı yaşayıb.

Apasport.az xəbər verir ki, onun çıxış etdiyi "Radomyak" 2-ci turda "Yaqelloniya" ilə qarşılaşıb.

Rahilin komandası doğma azarkeşlər önündə son çempiona uduzub. "Radomyak" 0:2 hesabı ilə geriyə düşsə də, bərabərliyi bərpa edib bilib. Amma "Yaqelloniya" son dəqiqələrdə 3-cü dəfə fərqlənib - 3:2. Məmmədov bu görüşdə meydana çıxmayıb.

Qeyd edək ki, Rahil ilk turda matçın son dəqiqələrdə meydana çıxmaq şansı qazanıb.

Seçilən
100
2
apasport.az

3Mənbələr