AZ

Saxa dili

‘‘Türk dilinin sehirli dünyası’’ proqramının әvvәlki hissәsindә çox köklü yazı dilinә malik olan, Avropa dilləri ilə müqayisədə belə inkişaf etmiş bir dil olduğu sübuta yetirilən vәgünümüzdә danışılan türk lәhçәlәri arasında qәdim türkçәyә әn yaxın dil hesab edilәnuyğur dilindәn bәhs etmişdik. Proqramımızın bu günkü hissәsindә rәsmi dil statusuna malik vә 2000-ci ildә UNESCO-nun Tәhlükәdә olan Dünya Dilləri Atlasında “müdafiәsiz dil” kimi təsnif edilən saxa (yakut) dili haqqında danışacağıq.

Ural dağları ilə Sayan, Altay və Tyanşan dağları arasındakı bölgə türklərin əcdadlarının yaşadığı yerdir. Yəni hәmin bölgә türklərin vətəni hesab olunur. Əsrlər boyu geniş bir coğrafiyaya yayılan türklər, proqramımızın birinci hissəsində dә qeyd etdiyimiz kimi, bu gün Balkanlardan Sakit okeana,Şimal Buzlu Okeandan Tibetə qədər olan çox geniş bir coğrafiyada bəzən geniş qruplar, bəzən də kiçik qruplar şəklində yaşayırlar. Saxa türkləri hazırdaSaxa (Yakut) Respublikasında yaşayırlar.

Saxa (Yakut) Respublikası Rusiya Federasiyasının tərkibindəki muxtar respublikadır. Saxa Respublikası Sibirdə yerləşir və ərazisinə görə Rusiyanın ən böyük muxtar respublikasıdır. Bu xüsusiyyətinə görə Qazaxıstandan sonra ən böyük sahəyə malik Türk Respublikası kimi də tanınır. Dünyanın ən böyük almaz ehtiyatına malik olan Saxa XVII-17 əsrdə Rusiyanın nəzarətinə keçib.Təxminən 1 milyon əhalisi olan Saxa (Yakut) Respublikası Sibir bölgəsindəki Türk Cümhuriyyətləri arasındaəhali sayına görə ən böyük türk cəmiyətinə ev sahibliyi edir. Paytaxtı Lena çayının sahilində yerləşən Yakutsk şəhəridir.

Rus və Qərb ədəbiyyatında yakutlar kimi tanınan xalqın adı saxadır. Saxa və Yakut etnonimləri haqqında müxtəlif fikirlər mövcuddur. Mәlumata әsasәn, Saxa və Yakut etnonimləri “sahil, kənar” mənasına gələn “yaka” sözü ilə bağlıdır.

Saxalar öz ərazisindən başqa Saxa Respublikası yaxınlığındakı bölgələrdəyaşayırlar. Saxalar rəsmi olaraq xristian olsalar da, yenə də ənənəvi inanc sistemlərini qoruyub saxlayırlar.

Saxa türkcəsi türk dialektlərinin Sibir qrupuna aiddir. Saxa dilibu gün danışılan türk ləhcələrindən asılı olmayaraq inkişaf edib. Bu prosesdə saxalarSibirin yerli әhalisi olan tunqus-mancur, monqol, ket vә yukagirxalqları ilә güclü әlaqәlәr yaradıb. Bu səbəblərdən saxa (yakut) diliilə bu gün danışılan türk ləhcələri arasında böyük fәrqlәr var.Saxa türkcəsi saxalarındili olmaqla yanaşı, Saxa Respublikasında yaşayan digər yerli xalqların da ünsiyyət dilidir. 2010-cu ilin statistikasına görə, saxa türkcəsində danışanların sayı 450 mindən çoxdur.

Әziz dinlәyicilәr proqramımızın bu günkü hissәsindә qısaca Saxa Respublikası, saxa dili vә saxa türklәri haqqında mәlumat verdik. Proqramımızın növbәti hissәsindә saxa dilini sosiolinqvistik baxımdan qiymәtlәndirәcәyik.

Seçilən
20
2
sia.az

3Mənbələr