Fransanın paytaxtı Parisdə təşkil edilən Yay Olimpiya Oyunlarında bu gün 3 təmsilçimiz mübarizəyə qoşulacaq.
66 kq-da mübarizə aparan cüdoçumuz Yaşar Nəcəfoc 1/16 final mərhələsi çərçivsəində Serbiyanı təmsil edən Strahinya Bunçiç ilə qarşılaşacaq.
52 kq-da yarışan digər cüdoçumuz Gültac Məmmədliyeva isə 1/16 finalda ABŞ-li Ancelika Delqadodan üstün olmağa çalışacaq.
92 kq-da yarışan boksçumuz Alfonso Dominqes 1/8 finalda kubalı Xulio Sesar La Krusla üz-üzə gələcək.