AZ

Paris-2024: Bu gün turnirdə altı idmançımız mübarizə aparacaq

Badmintonçumuz Keişa Fatimə Zəhra N qrupunun II matçı çərçivəsində Böyük Britaniyanı təmsil edən Kristi Gilmur ilə qüvvəsini sınayacaq.

Sablyaçımız Anna Başta 1/16 finalda çinli Hon Yuy Yanı üstələməyə çalışacaq.

73 kq-da mübarizə aparan cüdoçumuz Hidayət Heydərov mübarizəyə 1/8 finaldan qoşulacaq. Onun rəqibinin adına serbiyalı Tohar Butbulla əlcəzairli Messaud Dris duelində aydınlıq gələcək.

92 kq-dan artıq çəki dərəcəsində qüvvəsini sınayan boksçumuz Məhəmməd Abdullayev almaniyalı Nelvi Tisfak ilə üz-üzə gələcək.

63,5 kq çəki dərəcəsində yarışan boksçumuz Malik Həsənov 1/8 finalda növbəti mərhələyə adlamaq üçünj iddialılardan gürcüstanlı Laşa Qurulini məğlub etməyə cəhd göstərəcək.

Badmintonçumuz Edi Reski Dviçayo isə E qrupunun ilk matçında avstriyalı Kollins Filimona rəqib olacaq.

Seçilən
29
cbcsport.az

1Mənbələr