Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb.
73 kq çəki dərəcəsində mübarizə aparan güləşçi 1/8 final mərhələsində İsrail təmsilçisi Tohar Butbulla qarşılaşıb.
Qızıl xal bölümündə rəqibini cərimə xalları hesabına məğlub edən Heydərov 1/4 finala adlayıb.