AZ

“Məsuliyyətli Ata” sosial çarxın təqdimatı və aparılan araşdırmaların nəticələri ilə tanışlıq tədbiri - VİDEO

Avqustun 1-i “Мüstəqil Həyat Tərzi” Əlillərə Dəstək İctimai Birliyi “Valideyn Məsuliyyəti – Məsuliyyətli Ata Mədəniyyətinin İnkişafı Mərkəzinin yaradılması” adlı qrant layihəsinin icrasına başlayıb.
QHT.az xəbər verir ki, Birliyinin sədri Aydın Xəlilov bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ailə, qadın, uşaq və gender məsələləri” proqramı çərçivəsində keçirilən 2023-cü il kiçik qrant müsabiqəsində qalib seçilib: “Azərbaycanda xüsusi övlad böyüdən ataların fəal atalığının dəstəklənməsi ilə bağlı ilk layihədir. Əlilliyi olan uşaqların ataları və əlilliyi olan atalar üçün Məsuliyyətli Ata Mərkəzinin yaradılmasının məqsədi ondan ibarətdir ki, onun köməyi ilə biz cəmiyyətin, ataların diqqətini ailə böhranına, ailə dəyərlərinə cəlb etmək istəyirik. Mərkəz əlilliyi olan uşaqların sosiallaşmasında və ailə institutunun möhkəmləndirilməsində atanın rolunun artırılmasına, mənəvi-əxlaqi ənənələrin və ailə münasibətlərinin dirçəldilməsi və qorunub saxlanılmasına yönəlib”.
Aydın Xəlilov həmçinin bildirib ki, bu Mərkəz – atalara dəstək formasıdır, fəal və məsuliyyətli valideyn olmağa çalışan, uşaqlarla ortaq dil tapmağa öyrənən, oyun və idmanla faydalı vaxt keçirən kişilər üçün bir layihədir: “Layihəyə psixoloqlar, sosial işçilər və digər mütəxəssislər cəlb olunub. Atalıq yolunda kişilərə dəstək olmaq üçün yaradılan, əlilliyi olan uşağıın doğulmasını gözləyən və atalıq təcrübəsi olan atalar arasında sərbəst ünsiyyət məkanıdır. Psixoloq, Sosial işçi, Təlimçilər və müxtəlif sahələr üzrə digər mütəxəssislər ilə məşğələlər zamanı müasir ailələrin, xüsusən də ataların üzləşdiyi ən aktual problemləri müzakirə etmək imkanı olacaq”.
Qeyd edək ki, birgə görülən işlər sayəsində əlilliyi olan uşağın doğulması ilə bağlı ailəni tərk edən ataların sayını azaltmaq, məsuliyyətli atalığı təbliğ etmək, valideynlərin hüquq mədəniyyətinin səviyyəsini yüksəltmək mümkün olacaq. 

 
Pərvanə Fərhadqızı

Seçilən
500
qht.az

1Mənbələr