Azərbaycan qılıncoynadanı Anna Başta Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
Sablya növündə yarışan təmsilçimiz 1/8 finalda Olqa Xarlanla qarşılaşıb.
İdmançımız olimpiya çempionu, dəfələrlə dünya və Avropa çempionu olan təcrübəli rəqibinə 6:15 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.