Bizi çox çətin qarşılaşma gözləyir. İlk matçdakı nəticə də bunu göstərir.
Yenisabah.az report-a istinadla xəbər verir ki, bunu Cəbəllütariqun “Linkoln” komandasının baş məşqçisi Xavi Munyos deyib.
O, Ağdam təmsilçisinin güclü tərəflərinin çox olduğunu bildirib:
"Qarabağ"ın güclü tərəfləri çoxdur. Hamılıqla hücumda, müdafiədə iştirak edirlər. Keçən il də avrokuboklarda çox uğurlu mövsüm keçirdilər. Yalnız onları "Bayer 04" 90+7-ci dəqiqədə mübarizədən kənarlaşdıra bildi. "Qarabağ" ötən mövsümkü heyəti saxlaya bilib".
"Qarabağ" - "Linkoln" görüşü iyulun 30-u, saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu komandalar arasında Cəbəllütariqdə baş tutan ilk matç Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Telegram kanalımız