"E" qrupunda mübarizə aparan Edi Reski Dviçayo kişi badmintonçuların şəxsi yarışında ilk görüşünü Avstriya idmançısı Collins Filimona qarşı keçirib.
2 set davam edən oyun badmintonçumuzun qələbəsi ilə başa çatıb - 21-18, 21-11.
Badmintonçumuz növbəti oyununu iyulun 31-i Bakı vaxtı ilə saat 16:00-da Danimarkanın ən güclülərindən sayılan Anders Antonsenə qarşı keçirəcək.