AZ

Erdoğan: “Qarabağa girdiyimiz kimi, İsrailə də girərik”

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan deyib ki, Qarabağa “girdikləri kimi, İsrailə də girərlər”. O, ötən həftə sonu hakim AKP-nin Rizədə keçirdiyi toplantısında İsrailin Qəzzadakı əməliyyatlarını tənqid edərkən deyib.

“Biz çox güclü olmalıyıq ki, bu İsrail Fələstinə istədiyini edə bilməsin. Qarabağa və Liviyaya girdiyimiz kimi, bunun bənzərini onlara da edə bilərik. Bunu etməməyimiz üçün heç bir səbəb yoxdur. Sadəcə, güclü olmalıyıq ki, bu addımları ataq”.

Erdoğanın bu açıqlamasından sonra İsrailin xarici işlər naziri İsrail Katz Türkiyənin NATO-dan çıxarılması üçün ittifaq ölkələrinə çağırış edib.

O, bildirib ki, Türkiyə İsraili işğal etməklə təhdid edir.

“ABŞ və Qərb dünyası Erdoğanın açıqlamasını pisləməli və onun destruktiv hərəkətlərinin qarşısını almalıdır”, - nazir deyib.

Rəsmi Bakı İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstək göstərdiyini açıqlamışdı.

Videoya YouTube kanalımızda baxın.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
bbc.com

1Mənbələr