"Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda Cəbəllütariqin "Linkoln" kollektivini qəbul edib.
Qarşılaşma Azərbaycan çempionunun 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
17, 31 və 44-cü dəqiqədə fərqlənən Olavio Juninyo het-trik edib. 66-cı dəqiqədə Yassin Benzia adını tabloya yazdırıb. 72-ci dəqiqədə Leandro Andrade baxımlı qolla yadda qalıb.
***21:39
Azərbaycan çempionu beşinci dəfə topu rəqib qapısından keçirib - 5:0
"Köhlən atlar"ın heyətində 72-ci dəqiqədə Leandro Andrade fərqlənib.
***21:26
Azərbaycan çempionu dördüncü dəfə topu rəqib qapısından keçirib. - 4:0.
"Köhlən atlar"ın heyətində 66-cı dəqiqədə Yassin Benzia fərqlənib.
***20:44
Bakıda "Qarabağ" və Cəbəllütariqin "Linkoln" klubları arasında keçirilən matçda üçüncü qol vurulub.
Olavio Juninyo özünün və komandasının üçüncü qoluna imza atıb.
Braziliyalı forvard 44-cü dəqiqədə fərqlənib.
***20:31
Bakıda "Qarabağ" və Cəbəllütariqin "Linkoln" klubları arasında keçirilən matçda ikinci qol vurulub.
Azərbaycan çempionunun heyətində Olavio Juninyo özünün və komandasının ikinci qoluna imza atıb.
Braziliyalı forvard 31-ci dəqiqədə dubl edib.
***20:22
Bakıda "Qarabağ" və Cəbəllütariqin "Linkoln" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında hesab açılıb.
Azərbaycan çempionunun heyətində 17-ci dəqiqədə Olavio Juninyo fərqlənib.
Qeyd edək ki, səfərdəki oyunda Azərbaycan təmsilçisi qələbə qazanıb - 2:0.
***20:04
"Qarabağ" və Cəbəllütariqin “Linkoln” komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu başlayıb.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürüb.
Matçın baş hakimi danimarkalı Yakob Sandberqdir.
***19:29
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində bu gün baş tutacaq “Qarabağ” – “Linkoln” (Cəbəllütariq) matçının start heyətləri açıqlanıb.
Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov ilk oyundakı start heyətinə şans verib.
Tofiq Bəhramov adına Respublika stadionuna keçiriləcək matç saat 20:00-da başlayacaq.
Komandalar aşağıdakı heyətlə çıxacaqlar:
Qarabağ: Fabian Buntiç, Marko Veşoviç, Bəhlul Mustafazadə, Kevin Medina, Toral Bayramov, Julio Romao, Marko Yankoviç, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo
Linkoln: Santana, İbrahim Ayyu, Bernardo Lopes, Munyos, Sergent, Nano, Yahaya, Torrilla, Valarino, Pedro Martin, Britto.
Far.Az